Frensis Fukuyama

Frensis Fukuyama
ing. Francis Fukuyama
Doğum adı Yoshihiro Francis Fukuyama
Doğum tarixi 27 oktyabr 1952(1952-10-27)[1][2][…] (71 yaş)
Təhsili
Fəaliyyəti yazıçı, politoloq, bloger[d], iqtisadçı, filosof, fotoqraf
Tanınmış əsərləri
fukuyama.stanford.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frensis Fukuyama (/ˌfkˈjɑːmə, -kəˈ-/, 27 oktyabr 1952[1][2][…]) — yapon əsilli ABŞ yazıçısı, filosof və siyasi iqtisadçı. Stenfordda demokratiya, inkişaf və qanunun aliliyi mərkəzinin böyük elmi işçisi. Bundan əvvəl o, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində professor və Beynəlxalq İnkişaf Proqramının direktoru olub. 2012-ci ilin fevral ayından Stanford Universitetində Freeman Spogli Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisidir[3].

1992-ci ildə yazdığı "Tarixin sonu və sonuncu insan" əsəri ilə məşhurluq qazanıb. Burada o, liberal demokratiyanın bütün dünyada yayılmasının bəşəriyyətin sosial-mədəni təkamülünün son nöqtəsinə olacağını və insan hakimiyyətinin son formasına çevrilə biləcəyini elan etdi. Onun əsəri 20-dən çox dilə tərcümə olunaraq elmi ictimaiyyətdə və mediada ən geniş əks-sədaya səbəb olmuşdur. Kitabın nəşrindən bəri çoxsaylı hadisələr onun irəli sürdüyü ideyanın doğruluğunu şübhə altına almasına baxmayaraq, Fukuyama hələ də "tarixin sonu" konsepsiyasına sadiq qalır. Bununla belə, onun bəzi siyasi baxışları əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır: beləliklə, o, yeni minilliyin əvvəlində karyerasının başlanğıcında tərəfdarı olduğu Amerika siyasətindəki neokonservativ hərəkatdan ayrılmışdır.

  1. 1 2 Francis Fukuyama // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Francis Fukuyama // Brockhauz Ensiklopediyası (alm.).
  3. "Arxivlənmiş surət". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search